EN

Polşa iki hava limanını bağladı

Polşanın cənub-şərqində yerləşən Rzeszow-Jasionka Beynəlxalq Hava Limanı fəaliyyətini dayandırıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Aeroport administrasiyası hava limanının müvəqqəti bağlanmasını “planlaşdırılmamış hərbi fəaliyyətlə” izah edib.

Daha sonra məhdudiyyətlər Lublin hava limanına da tətbiq olunub. Bununla yanaşı, Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı Polşa və müttəfiqlərinin təyyarələrinin səmada fəaliyyət göstərdiyini, hava hücumundan müdafiə qüvvələrinin və radarların yüksək hazırlıq vəziyyətində olduğunu bildirib. 

 Qeyd edək ki, Ukrayna mediası Rusiyanın kamikadze PUA-larının sözügedən hava limanına doğru uçduğunu yazmışdı. 

Chosen
7
2
unikal.az

3Sources