EN

“Barselona” ilk ev oyununu 6000 azarkeş tutumuna malik arenada keçirəcək

sport24.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Barselona" La Liqanın yeni mövsümündə ilk ev oyununun keçiriləcəyi məkanı açıqlayıb. Sport24.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "Valensiya" ilə qarşılaşma "Yohan Kroyf"un adını daşıyan 6000 tamaşaçı tutumuna malik stadionda baş tutacaq.

Bu və ondan sonrakı matçların biletləri Kataloniya klubu tərəfindən son iki mövsümdə abonement sahibi olan azarkeşlər arasında paylanacaq.

Qeyd edək ki, Kataloniya təmsilçisinin ev oyunlarını keçirdiyi "Kamp Nou" stadionunda hazırda təmir işləri gedir və 2026-cı ilin yayında açılışı planlaşdırılır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
27
sport24.az

1Sources