EN

“Ucqar ərazilərdə tibbi xidmət” layihəsinin icrasına başlanılıb

Bakı. Trend:

TƏBİB ucqar kənd yerlərində yaşayan əhalinin tibbi xidmətlərəəlçatanlığının təmin edilməsi, ahıl, həssas qruplara daxil olanşəxslərin və həmçinin uşaqların tibbi müayinələrə cəlb olunması,xəstəliklərin erkən diaqnostikasının aparılması və profilaktiktədbirlərin zamanında görülməsi məqsədilə “Ucqar ərazilərdə tibbixidmət” layihəsinə başlayıb.

Trendxəbər verir ki, layihə ilk dəfə Daşkəsən rayonunda icra olunub.

“Ucqar ərazilərdə tibbi xidmət” layihəsi çərçivəsində 900-dənçox yaxın vətəndaşa 2 350 tibbi xidmət göstərilib.

Layihənin icrası zamanı vətəndaşlarla maarifləndirici söhbətaparılıb, müxtəlif xəstəliklər barədə tövsiyələr verilib.

TƏBİB-in təşkilatçılığı, İcbari Tibbi Sığorta üzrə DövlətAgentliyinin və Daşkəsən Rayon İcra Hakimiyyətinin dəstəyi iləDaşkəsən Rayon Mərkəzi Xəstəxanasında həyata keçirilən layihəçərçivəsində rayon əhalisinə əvvəlcədən dəvət olunan uzman vəixtisaslı həkimlər tərəfindən çoxsaylı tibbi xidmətlərgöstərilib.
Tibbi müayinələrdə iştirak edən heyət Bakı şəhərində və bölgələrdəfəaliyyət göstərən ixtisaslı tibb müəssisələri – Bakı Baş SəhiyyəMərkəzinin nəzdindəki 4 nömrəli Şəhər Poliklinikasının, Gəncə ŞəhərBirləşmiş Xəstəxanasının, eləcə də Yevlax və Göygöl rayon mərkəzixəstəxanalarının həkimlərindən ibarət olub.

Ümumilikdə 923 vətəndaşa pediatr, terapevt, endokrinoloq,nevroloq, kardioloq, oftalmoloq və radioloq tərəfindən 2 350 tibbixidmət göstərilib.
Layihə çərçivəsində bölgədə yaşayan həssas əhali qrupuna daxil olanmüharibə iştirakçıları və şəhid ailələrinin üzvləri də tibbimüayinələrə cəlb olunub.
Həkim-mütəxəssislər vətəndaşlara zəruri tibbi məsləhətlər verib vəətraflı müayinə üçün müvafiq tibb müəssisələrinəyönləndiriblər.

Layihə çərçivəsində müayinə və müalicələrin təyin olunmasıtədbirləri ilə yanaşı, vətəndaşların maarifləndirilməsi üçünsöhbətlər aparılıb, xəstəliklərin ağırlaşmalarının qarşısınınalınmasında erkən diaqnostikanın önəmi vurğulanıb.

Qeyd edək ki, “Ucqar ərazilərdə tibbi xidmət” layihəsinin digərucqar bölgələrdə də keçirilməsi nəzərdə tutulur.

Məqalədə:
Chosen
27
2
az.trend.az

3Sources