EN

Vilayət Eyvazov Qazaxıstan DİN-in nümayəndə heyəti ilə görüşüb

Bakı. Trend:

Qazaxıstan Respublikası daxili işlər nazirinin müavini - MilliQvardiyanın Baş Komandanı, general-mayor Ansaqan Baltabekovunrəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfər edib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumatagörə, nazir general-polkovnik Vilayət Eyvazov nümayəndə heyəti iləgörüşüb.

Bildirilib ki, qonaqları salamlayan nazir V.Eyvazov hər ikidövlət başçılarının müəyyənləşdirdiyi strategiyaya uyğun olaraqAzərbaycan və Qazaxıstan Daxili İşlər nazirlikləri arasındakıəməkdaşlığın və səmərəli işbirliyinin daha da dərinləşdiyinibildirib. O, ikitərəfli əlaqələrin, xüsusilə də transmillimütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində birgə səylərin,qabaqcıl təcrübə və operativ informasiya mübadiləsinin, həmçininyaradılan normativ-hüquqi bazanın xalqlarımızın və dövlətlərimizinmənafelərinə, bölgədə təhlükəsizliyin təmininə xidmət etdiyinivurğulayıb.

General-mayor Ansaqan Baltabekov səmimi görüşə və yüksəkqonaqpərvərliyə görə təşəkkürünü bildirib, təmsil etdiyi qurumunəməkdaşlığı daha da genişləndirməkdə maraqlı olduğunu və buistiqamətdə səylərini əsirgəməyəcəklərini qeyd edib.

Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlərbarəsində də ətraflı fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində qazaxıstanlı qonaqlar Daxili Qoşunlar vəpolis orqanlarının fəaliyyəti ilə tanış olublar.

Chosen
35
29
az.trend.az

10Sources