EN

Rüfət Abdullazadə “Varajdin”də ilk qoluna imza atdı

Azərbaycanlı yarımmüdafiəçi Rüfət Abdullazadə Xorvatiyanın “Varajdin” komandasının heyətində növbəti oyununa çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda Xorvatiya Kubokunun 2025/2026-cı illər mövsümünün 1/16 final mərhələsi çərçivəsində “Qay Maçe” ilə qarşılaşıb.

“Varajdin” səfərdə baş tutmuş bu oyundan asan qələbə ilə ayrılıb – 7:1. Azərbaycanlı vinger də bu görüşün iştirakçısı olub. Komandasının ilk qolunu da Abdullazadə vurub. O, 12-ci dəqiqədə matçda hesabı açıb və 66-cı dəqiqədə əvəzlənib.

Xatırladaq ki, Rüfət Abdullazadə Xorvatiya klubuna bu yay “Səbail”dən keçib. O, “Varajdin”lə 3 illik müqavilə imzalayıb. Ötən mövsümün nəticələrinə görə Azərbaycan Premyer Liqasını tərk etmiş və Birinci Liqaya düşmüş Bayıl təmsilçisi 24 yaşlı hücumçu üçün təxminən 200 min avro təzminat alıb. Abdullazadə indiyə qədər “Varajdin”də 4 rəsmi oyun keçirib, 1 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.

Abdullazadə “Sumqayıt”ın yetirməsidir. O, 2023-cü ildə “Səbail”ə keçmişdi. Rüfət “Sumqayıt”da 76 (1 qol, 6 assist), “Səbail”də isə 75 (15 qol, 14 assist) oyun keçirib. Azərbaycanın U-17 və U-21 yığmalarında oynamış Rüfətə əsas millimizdə debüt qismət olmayıb.

error: Məzmun qorunur!
Chosen
5
3
arena.az

10Sources