EN

“Herri Potter”in rəssamı vəfat etdi

“Herri Potter” filmlərinin bütün hissələrinin quruluşunda çalışmış quruluşçu rəssam Stüart Kreyq Böyük Britaniyada 84 yaşında vəfat edib.

OLAY yazır ki, bu barədə Britaniya Kino Dizaynerləri Gildiyasının (BFDG) üzvü Nil Lamont özünün “Facebook” səhifəsində məlumat verib.

“Dərin kədər hissi ilə bildirirəm ki, dostum və müəllimim Stüart Kreyq 7 sentyabr 2025-ci il axşamı uzun sürən parkinson xəstəliyi ilə mübarizədən sonra dünyasını dəyişdi”, - deyə, o, bildirib.

Lamontun sözlərinə görə, Kreyq yalnız Böyük Britaniyada deyil, bütün dünyada ən çox hörmət edilən kino rəssamı idi.

Karyerası ərzində Kreyq üç dəfə “Oskar” mükafatı qazanıb: ilk mükafatı 1983-cü ildə “Qandi” bioqrafik filmi, ikinci mükafatı 1989-cu ildə “Təhlükəli əlaqələr” filmi, üçüncüsünü isə 1997-ci ildə “İngilis pasiyenti” filmi ilə əldə edib.

Bundan əlavə, rəssam 1978-ci ildə çəkilmiş məşhur “Supermen” filmində və “Notting Hill” filmlərinin quruluşunda iştirak edib. Lakin ona ən böyük şöhrəti Coan Roulinqin kitabları əsasında çəkilmiş “Herri Potter” və “Fantastik məxluqlar” filmlərindəki işi qazandırıb.

Chosen
49
olay.az

1Sources