EN

Memorial Şişli Xəstəxanasında “Urologiyada yeniliklər” konfransı keçirildi Video Fotolar

Qafqazinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

Türkiyənin qabaqcıl özəl səhiyyə qurumlarından biri olan “Memorial Sağlıq Qrupu”, yüksək tibbi standartları, ixtisaslı həkim heyəti və müasir texnologiyaları ilə xəstələrinə dünya səviyyəsində xidmət göstərməyə davam edir.

2000-ci ildə fəaliyyətə başlayan və qısa müddətdə beynəlxalq etibar qazanmış Memorial Xəstəxanası, bu gün Türkiyədə və xaricdə minlərlə insanın sağlamlıq ünvanına çevrilib. JCI (Joint Commission International) akkreditasiyasına sahib olan Memorial, müasir tibbi infrastrukturu, multidissiplinar yanaşması və pasiyent mərkəzli xidmət fəlsəfəsi ilə seçilir.

Bu uğurlu yolun davamı olaraq, “Memorial Sağlıq Qrupu”nun təşkilatçılığı ilə İstanbul Memorial Şişli Xəstəxanasında “Urologiyada Yeniliklər” mövzusunda elmi konfrans keçirildi. Konfransa Türkiyə və Azərbaycanın tanınmış uroloq mütəxəssisləri qatıldı.

Konfransdan önəmli mesajlar

Konfransın sədri, tanınmış uroloq Prof. Dr. Murat Binbay açılış nitqində bildirib ki, tibbin sürətlə inkişaf etdiyi bir dövrdə yeni biliklərin paylaşılması və həkimlər arasında təcrübə mübadiləsi həm Türkiyə, həm də Azərbaycan səhiyyə mütəxəssisləri üçün böyük əhəmiyyət daşıyır. Onun sözlərinə görə, belə görüşlər həm elmi əməkdaşlığın güclənməsinə, həm də pasiyentlər üçün daha keyfiyyətli xidmətlərin göstərilməsinə imkan yaradır.

Azərbaycanın iştirakı

Konfransda Azərbaycandan dəvət olunan 14 həkim də “Memorial Sağlıq Qrupu”nun qonağı olub. Onların iştirakı iki ölkə arasında tibbi əməkdaşlığın möhkəmləndirilməsi və gələcəkdə birgə layihələrin həyata keçirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Elmi və sosial proqram

Bir gün davam edən tədbir çərçivəsində canlı cərrahiyyə əməliyyatları, interaktiv vaka müzakirələri keçirilib və uroloji sahədə ən son yeniliklər müzakirə olunub. İştirakçılar həmçinin sosial proqram çərçivəsində bir araya gələrək həmkarları ilə daha yaxın ünsiyyət qurmaq imkanı əldə ediblər.

Memorialın missiyası

“Memorial Sağlıq Qrupu”, təşkil etdiyi bu tip elmi toplantılarla tibb ictimaiyyətinə dəstəyini davam etdirməyi, beynəlxalq əməkdaşlığı genişləndirməyi və pasiyentlərə daha müasir müalicə imkanları təqdim etməyi qarşısına məqsəd qoyur.

“Memorial Sağlıq Qrupu”n baş ofisi 

Ünvan: Nizami küçəsi 69

Telefon: +994 50 230 33 18

Instagram

View this post on Instagram

A post shared by Voice Agency (@voiceagency)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
38
qafqazinfo.az

1Sources