EN

Premyer Liqada 1 dəqiqə şans qazanmadı, kontraktı pozdu, doğma klubuna döndü

Premyer Liqanın köhnə-yen iştirakçılarından «Karvan»da ayrılıq reallaşıb.

Rəhman Şabanov ötən mövsümdən formasını geyindiyi Yevlax təmsilçisi ilə vidalaşıb.

29 yaşlı yarımmüdafiəçi öz istəyi ilə bu yay uzatdığı birillik müqaviləni pozub.

Buna səbəb çempionatın ilk 3 turunda şans qazanmamasıdır. «Qəbələ», «Kəpəz» və «Qarabağ»la matçları kənardan izləməyi qəbul etməyən orta sahə oyunçusu «Zaqatala»ya qayıdıb.

O, I Liqada mübarizə aparan doğma şəhərinin komanldasıyla 2026-cı ilin yayınadək kontrakt bağlayıb.

«Karvan» bu yay Emil Qasımov, Ezekiel Morqan, Bəhruz Teymurov, İzzət Müştaqov, Elvin İsmayılov, Müşviq Teymurov, Peyman Keşhavarzi, İlham Hüseynov, Məmməd Muradov, Aref Muhammedalipour, Begzod Khulikulov, Roman Hüseynov və Kənan Quliyevlə də sağollaşıb.

SPORTİNFO.AZ

Chosen
15
2
sportinfo.az

3Sources