EN

İran və MAQATE razılığa gəldi

İran Xarici İşlər Naziri Abbas Erakçi və MAQATE Direktoru Rafael Grossi, Qahirədə görüşərək, iyun ayında İsrail və ABŞ-nin İrana hücumları sonrası dayandırılmış yoxlamaların bərpası barədə razılığa gəliblər.


Manset.az-ın əldə etdiyi məlumata görə, görüşdə, İranın dinc nüvə obyektlərinə qarşı hücumlardan sonra yaranan vəziyyətdə qarşılıqlı fəaliyyətin necə davam edəcəyinə dair saziş imzalanıb.

İran, iyun ayında parlamentin qəbul etdiyi qanunla MAQATE ilə əməkdaşlığı dayandırmış, müfəttişlərin girişi qadağan edilmişdi. Yeni sazişlə isə yoxlamaların bərpası üçün razılıq əldə edilib. Grossi, razılaşmanı “əhəmiyyətli addım” olaraq qiymətləndirib.

Chosen
19
1
manset.az

2Sources