EN

Azərbaycan dəniz nəqliyyatı üzrə beynəlxalq konfransda təmsil olundu - FOTO

Dövlət Dəniz və Liman Agentliyinin nümayəndə heyəti Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində keçirilən 2-ci Dayanıqlı Dəniz Nəqliyyatı Konfransında ölkəmizi təmsil edib.

Avtosfer.az xəbər verir ki, beynəlxalq tədbirdə Agentliyin İdarə Heyətinin sədrinin müşaviri Habil Abbasov və Beynəlxalq əlaqələr departamentinin direktoru Ramil Qasımov iştirak ediblər.

Səudiyyə Ərəbistanı Krallığının Nəqliyyat Baş İdarəsi tərəfindən təşkil olunan konfransda Beynəlxalq Dəniz Təşkilatı, Beynəlxalq Hidroqrafiya Təşkilatı, Dəniz Naviqasiya Avadanlıqları üzrə Beynəlxaq Təşkilat, Beynəlxalq Mobil Peyk Təşkilatının rəhbər şəxsləri ilə yanaşı, bir sıra dövlətlərin nümayəndə heyətləri, səfirlər və dəniz nəqliyyatı sənayesi liderləri iştirak ediblər. 

Tədbir çərçivəsində Səudiyyə Ərəbistanı Krallığı, Türkiyə, Malayziya, Ukrayna nümayəndələri ilə ikitərəfli görüşlər keçirilib. Müzakirələr zamanı ölkəmizin dəniz nəqliyyatında dayanıqlılığın artırılması üçün beynəlxalq təşəbbüsləri dəstəkləməkdə sadiqliyi vurğulanıb, habelə innovasiya və müasir texnologiyalarla əməliyyatların səmərəliliyinin artırılması və emissiyaların azaldılması baxımından əhəmiyyətindən bəhs edilib. 

Konfransda emissiyaların azaldılması və rəqəmsal transformasiyanın inkişafı üçün regional və beynəlxalq səviyyədə əlaqələndirilmiş səylər, limanlar arasında yaşıl gəmiçilik dəhlizlərinin yaradılması, standartlaşdırılmış rəqəmsal platformalar və emissiyaların hesabatı, eləcə də innovasiya, kiçik və orta müəssisələri dəstəkləmək üçün regional davamlılıq fondlarının təsisi barədə müzakirələr aparılıb. 

Sessiyalar qabaqcıl dənizçilik texnologiyalarına, səmərəlilik və təhlükəsizlik baxımından rəqəmsallaşmaya və kibertəhlükəsizliyin roluna, eləcə də dayanıqlı nəqliyyat sənayesinin qurulmasına verilən töhfələrə həsr olunub. Seminarlar gəmiçiliyin karbon emissiyalarının azaldılması strategiyalarını, kiçik və orta dənizçilik müəssisələri üçün yol xəritələrini, həmçinin davamlı inkişafı dəstəkləyən yaşıl maliyyə və sığorta həllərinin hazırlanmasını əhatə edib. 

Azərbaycan

Azərbaycan

Azərbaycan

Chosen
8
8
avtosfer.az

10Sources