Polşanın Baş naziri Donald Tusk NATO Baş katibi Mark Rutteyə ötən gecə ölkənin hava məkanının pozulması barədə məlumat verib.
APA xəbər verir ki, bu barədə Tusk X-də paylaşım edib.
"Mən NATO-nun Baş katibini mövcud vəziyyət və hava məkanımızı pozan obyektlərə qarşı gördüyümüz tədbirlər haqqında məlumatlandırdım. Biz daimi əlaqə saxlayırıq", - Polşa Baş naziri yazıb.
Qeyd edək ki, Rusiyanın Ukraynaya hücumu zamanı Polşanın hava məkanı dronlar tərəfindən dəfələrlə pozulub.
Polşa qırıcı təyyarələrinin ölkənin hava məkanını pozan ən azı 4 pilotsuz təyyarəni vurduğu bildirilir.
Polşanın hava məkanına naməlum obyektlərin daxil olması səbəbilə Varşava və Rzeşov şəhərlərində hava limanları bağlanıb.