AZ

Makron və Starmer Polşaya Rusiya dronlarının daxil olmasını qınayıb

 Böyük Britaniyanın baş naziri Kir Starmer və Fransa prezidenti Emmanuel Makron Rusiya dronlarının gecə saatlarında Ukraynaya hücum zamanı Polşanın hava məkanına daxil olmasını sərt şəkildə pisləyiblər.

Starmer Sky News-a bildirib ki, hadisə “çox narahatedici” və “Rusiyanın son dərəcə məsuliyyətsiz addımıdır”, həmçinin prezident Vladimir Putinin “sülhə açıq-aşkar hörmətsizliyini” göstərir.

O, Polşanın baş naziri Donald Tuskla danışaraq Londondan dəstəyi təsdiqləyib və NATO ilə Polşa qüvvələrinə çevik reaksiyaya görə təşəkkür edib.

“Partnyorlarımızla birlikdə — və ‘istəklilər koalisiyasındakı’ liderliyimiz vasitəsilə — biz ədalətli və davamlı sülh bərqərar olunana qədər Putinə təzyiqi artırmaqda davam edəcəyik,” — Starmer deyib.

Makron da Moskvanın addımlarını “qəbuledilməz” adlandıraraq “qətiyyətlə qınadığını” bildirib. O, fransız, ingilis və polyak dillərində paylaşım edərək Polşa xalqı və hökuməti ilə həmrəy olduğunu vurğulayıb.

Fransa prezidenti əlavə edib ki, yaxın vaxtlarda NATO baş katibi Mark Rutte ilə əlaqə saxlayacaq. “Müttəfiqlərimizin təhlükəsizliyi məsələsində heç bir kompromisə getməyəcəyik,” — Makron deyib.

Seçilən
26
50
anews.az

10Mənbələr