EN

“Çaqayev” video iddiasından danışdı: “Video olsaydı, rəis dostlarım bilərdi”

Bir neçə gündür sosial şəbəkələrdə “Çaqayev” ləqəbli Emin Babayev haqqında səsləndirilən fikirlər geniş müzakirə mövzusudur.

Məşhur fitness-trener, “Tik-Tok”un dünya trendinə düşməyi bacarmış “Çaqayev” yayılan məlumatlarla bağlı növbəti izahını verib.

Əvvəlcə xatırladaq ki, ABŞ-da olan azərbaycanlı tiktoker Əli “Çaqayev”lə bağlı ciddi ittiham səsləndirib. Əli iddia edib ki, “Çaqayev”in həmcinsi ilə intim videosu olduğu üçün ölkəni tərk edir.

Bu iddianın ortaya atılması isə “Çaqayev”in məşhurlaşdığı, Ağ Şəhərdə yerləşən fitnes salonunun satışa çıxarılması, onun özünün isə ölkəni tərk etmək istəməsi ilə bağlı xəbərlərlə əlaqələndirildi.

“Çaqayev” bu iddiaların əsassız olduğu ilə bağlı açıqlama verib. Sosial şəbəkədəki çıxışında deyib ki, bunu məqsədli şəkildə ediblər.

“Hanı video? Vaxt gedir, amma ortada video yoxdur. Bunu demək yaxşı deyil, amma mən çox adama kömək etmişəm. Məni tanıyanlar bilir. Amma pisliyimi istəyənlər də var. Belə bir video olsaydı, bunu mənim rəis dostlarım bilərdi. Mənim xeyli rəis dostlarım var. Dostlarımın çoxu dövlət işçiləridir. Bu söz-söhbətlər yalandır”.

Musavat.com

Chosen
54
1
editor.az

2Sources