Türkiyənin Muş şəhərində 2 nəfərin ölümü ilə nəticələnən silahlı atışma baş verib.
"Unikal" xəbər verir ki, Muşun Bulanık rayonunda iki qrup arasında baş verən silahlı qarşıdurmada keçmiş Xalqların Demokratik Partiyası (HDP) Bulanık rayon sədri Derar Koca və Şərəf Arslan ölüb, 3 nəfər yaralanıb.
Hadisə anbaan telefon kameralarına əks olunub. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Seymur Əli