EN

Bu heyvan Qırğızıstanda rəsmi milli simvol kimi qəbul edildi - FOTO

BAKI, 10 sentyabr. TELEQRAF

“Qar bəbirinin loqosu Qırğızıstanın milli simvoluna çevriləcək və dövlət səviyyəsində istifadə olunacaq”.

Teleqraf xəbər verir ki, bu barədə Qırğızıstan Təbii Sərvətlər, Ekologiya və Texniki Nəzarət Nazirliyinin Vəhşi Təbiət Departamentinin rəhbəri Erkinbek Mamayev bildirib.

Qurumun rəhbəri deyib ki, bu addım Prezident Sadır Japarovun 2023-cü ilin dekabrında qar bəbirinin Qırğızıstanın rəsmi simvolu kimi tanınması haqqında fərmanından sonra atılıb.

Nazirlər Kabinetinə loqonun işlənib hazırlanması və onun hökumət, mədəniyyət və digər təşəbbüslər çərçivəsində istifadəsini təmin etmək tapşırılıb.

Chosen
19
1
teleqraf.com

2Sources