EN

Tusk ölkənin hava məkanının Rusiya tərəfindən pozulduğunu təsdiq edib - Yenilənib

Polşanın Baş naziri Donald Tusk ölkənin hava məkanının Rusiya dronları tərəfindən pozulduğunu təsdiq edib...

Oxu.Az xəbər verir ki, D.Tusk bu barədə öz "X" hesabında yazıb.

"Polşanın hava məkanı Rusiyanın çoxlu sayda pilotsuz təyyarələri tərəfindən pozulub", - D.Tusk qeyd edib.
D.Tusk vurğulayıb ki, birbaşa təhlükə yaradan pilotsuz təyyarələr vurulub.

"Mən NATO-nun baş katibi və müttəfiqlərimizlə daim əlaqə saxlayıram", - deyə o qeyd edib.
Öz növbəsində Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı Rusiya aviasiyasının Ukraynaya kütləvi hücumu zamanı bir neçə pilotsuz təyyarənin Polşanın hava məkanını pozduğunu açıqlayıb.

Eyni zamanda, bildirilir ki, Rusiya pilotsuz təyyarələrinin qarşısını almaq üçün Polşa Silahlı Qüvvələri döyüş təyyarələrini havaya qaldırıb və yerüstü hava hücumundan müdafiə sistemlərini işə salıb. Həmçinin NATO ölkələrinin döyüş təyyarələri təhlükənin qarşısını almaq üçün havaya qaldırılıb.

***

Polşanın Baş naziri Donald Tusk dövlət təhlükəsizliyinə cavabdeh olan nazirlərlə görüş keçirir.

APA xəbər verir ki, bu barədə hökumət sözçüsü Adam Szlapka “X” platformasında yazıb.

Prezident Karol Navrotski isə bildirib ki, Polşanın hava məkanının pozulması halı baş verəndən bəri milli müdafiə naziri və Polşa Silahlı Qüvvələrinin ən mühüm komandirləri ilə daimi əlaqə saxlayır.
"Vətənimizin təhlükəsizliyi bizim ən yüksək prioritetimizdir və sıx əməkdaşlıq tələb edir", - o vurğulayıb.

Poliqon.info

Chosen
30
7
poliqon.info

9Sources