EN

Devid Linçə həsr olunmuş 2 günlük festival baş tutacaq

Sentyabrın 27–28-də Londondakı "Genesis" kinoteatrında məşhur amerikalı rejissor Devid Linçin həyat və yaradıcılığına həsr olunmuş "Mələklərin məclisi" adlı festival keçiriləcək.

Kulis.az xəbər verir ki, tədbirdə xüsusi film nümayişləri və Linçin uzun illər əməkdaşlıq etdiyi Sabrinə Sazerlend, Maykl Hors və Kristabell kimi adlarla görüşlər baş tutacaq.

Qeyd edək ki, festival Linçin bütün karyerasına həsr olunmuş ilk tədbir kimi diqqət çəkir.

Chosen
36
2
kulis.az

3Sources