EN

Mərkəzi Bank: İllik inflyasiya proqnozlaşdırılan trayektoriyaya yaxın hərəkət edir

Hazırda illik inflyasiya proqnozlaşdırılan trayektoriyaya yaxın hərəkət edir. 2025-ci ilin iyulunda 12 aylıq inflyasiya 5% təşkil edib.

Mərkəzi Bankdan Teleqraf-a verilən məlumata əsasən İllik qiymət artımı qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6.2%, ödənişli xidmətlər üzrə 5.6%, qeyri-qida məhsulları üzrə isə 2.1% təşkil edib. İllik baza inflyasiya isə 4.6% olub.

Tənzimləyicidən qeyd edilib ki, beynəlxalq mühitdə qeyri-müəyyənliklər hələ də qalmaqdadır:

"Lakin onların daxili inflyasiyaya artırıcı təsiri son aylarda əhəmiyyətli olmayıb. Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatına görə 2025-ci ilin iyulunda əmtəə qiymətləri indeksi illik 0.7%, o cümlədən ərzaq qiymətləri indeksi 3.3% azalıb. BVF iyulda 2025-ci il üzrə qlobal inflyasiya proqnozunu azalma istiqamətində dəyişib, 2026-cı ilə dair proqnozu isə dəyişməz saxlayıb".

Chosen
7
1
teleqraf.com

3Sources