ain.az bildirir, Bakivaxti saytına əsaslanaraq.
Nepal ordusu ölkədə təhlükəsizlik vəziyyətinin kəskinləşməsi fonunda sentyabrın 11-i səhər saatlarına qədər ümummilli komendant saatı elan edib.
Bakıvaxtı.az "Khabarhub"a istinadən xəbər verir ki, bu barədə ordunun ictimaiyyətlə əlaqələr departamenti məlumat yayıb.
"Qərar ictimai təhlükəsizliyə davamlı təhdidlər fonunda qəbul edilib", - məlumatda qeyd edilib.
Məhdudiyyət müddətində yalnız təcili tibbi yardım və yanğınsöndürən maşınların, təhlükəsizlik qüvvələrinin avtomobilinin hərəkətinə icazə verilir. Sakinlərə evdə qalmaları tövsiyə olunur.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.