EN

"Azərbaycan Cənubi Qafqazda əsas iqtisadi tərəfdaşımızdır" - Ukrayna səfiri


Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev Bakıda keçirilən "Qara dəniz-Xəzər logistika forumu 2025: dəhlizlər, yüklər, infrastruktur" adlı konfransda Azərbaycanla əlaqələr barədə danışıb. Ukrayna səfiri qeyd edib ki, Azərbaycan Cənubi Qafqaz regionunda Ukraynanın əsas iqtisadi tərəfdaşıdır, Avropaya enerji daşıyıcılarının tədarükünün zəruriliyi, eləcə də Orta Dəhlizin və Qərblə Şərq arasında əlaqələrin inkişafı onun əhəmiyyətini daha da artırır.
SİTAT: "Məhz buna görə nəqliyyat sahəsində əməkdaşlığın, eləcə də GUAM formatı da daxil olmaqla Qara dəniz və Xəzər dənizi arasında regional qarşılıqlı əlaqələrin inkişafı prioritetlər istiqamətlərdən biridir", - səfir qeyd edib.
Mətləb Salahov

Chosen
4
baki-xeber.com

1Sources