BAKI, 10 sentyabr. TELEQRAF
“Rusiya Polşaya qəsdən hücum edib”.
Teleqraf xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici diplomatik xidmətinin rəhbəri Kaya Kallas deyib.
Aİ-nin baş diplomatı bunu Rusiya-Ukrayna müharibəsi başlayandan NATO-nun hava məkanının “ən ciddi şəkildə pozulması” adlandırıb.
“Rusiyanın bu hücumunun təsadüfi deyil, qəsdən olduğuna dair sübutlar var”, - Kallas bildirib.
Xatırladaq ki, gecə saatlarında Rusiyanın Ukraynaya kütləvi hücumu fonunda Polşa hava hücumundan müdafiə qüvvələri və aviasiyasını yüksək hazırlıq vəziyyətinə gətirib. PUA-ların bəziləri sərhədi keçib. Polşa ordusu ölkə ərazisinə daxil olan Rusiya dronlarını məhv edib.