1-ci liqada mübarizə aparacaq “Zaqatala” heyətini yeni qapıçı ilə gücləndirib.
"Football-plus.az" xəbər verir ki, bölgə təmsilçisi “Qarabağ”dan Amin Ramazanovu icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
22 yaşlı qolkiperlə icarə müqaviləsi 6 ay nəzərdə tutulub.
Qeyd edək ki, Amin 2021-ci ildən "Qarabağ"ın üzvüdü.