EN

Azərbaycan neftinin qiyməti 69 dollara yaxınlaşıb

Azərbaycan

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti 69 dollara yaxınlaşıb.

"APA-Economics" xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,39 ABŞ dolları və ya 0,6% artaraq 68,70 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 68,31 ABŞ dolları idi.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Chosen
19
48
xalqcebhesi.az

10Sources