EN

Labaratoriyalar ölkəmizdə elmi tədqiqatların aparılması üçün geniş imkanlar açır - Sektor müdiri

Bakı. Trend

Bu labaratoriyalar ölkəmizdə elmi tədqiqatların aparılması üçüngeniş imkanlar açır.

Trend xəbərverir ki, bu sözləri Azərbaycan Respublikası PrezidentininAdministrasiyasının sektor müdiri Vüsal Şıxəliyev AzərbaycanMetrologiya İnstitutu tərəfindən 7 yeni laboratoriyanın açılışmərasimində çıxış edərkən deyib.

O bildirib ki, ölkəmizdə metroloji infrastrukturunun inkişafıkontekstində yeni laboratoriyanın açılması, əslində, Azərbaycanınuzunmüddətli inkişaf strategiyasına tam uyğun gəlir:

"Çünki bu, Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş2022–2026-cı illər üzrə sosial-iqtisadi inkişaf strategiyasındanəzərdə tutulmuş tədbirlərdən biri kimi xüsusi əhəmiyyət kəsb edir.Mən fürsətdən istifadə edərək, yeni laboratoriyanın açılmasının həmölkə iqtisadiyyatına, həm də biznes mühitinə təsiri ilə bağlı birneçə məqamı qeyd etmək istərdim.

İlk növbədə, rəqabətli məhsulların istehsalı üçün əlverişliinfrastrukturun formalaşması və ixrac potensialının artırılmasıbaxımından bu laboratoriya mühüm rol oynayacaq".

"Eyni zamanda, burada yaradılan şərait ölkəmizdə elmitədqiqatların aparılması üçün geniş imkanlar açır. Heç də təsadüfideyil ki, bugünkü tədbirdə aparıcı təhsil müəssisələrininrəhbərlərinin iştirakı təmin olunub. Bu da elm və praktikinəticələrin bir mühitdə birləşdirilməsi üçün çox mühüm platformayaradır. Digər tərəfdən, bu addım kadr potensialının inkişafı vəgənc mütəxəssislərin nəzəri biliklərini praktik təcrübə iləmöhkəmləndirməsi baxımından da böyük əhəmiyyət daşıyır. Buna görəxüsusi təşəkkürümü bildirirəm ki, belə imkanlar yaradılıb.

Biznes mühitinə təsiri baxımından isə bu təşəbbüs yeniimkanların formalaşmasına xidmət edir. Xüsusilə, qida sənayesi vəəczaçılıq sənayesində tədqiqatların aparılması, etalonlaboratoriyaların fəaliyyəti, məhsulların inkişaf etdirilməsi üçünböyük perspektivlər açılır. Burada əsas məqamlardan biri dəistehlak bazarında keyfiyyət göstəricilərinin yüksəldilməsidir. Bu,həm daxili bazarda istehlakçılara daha yüksək keyfiyyətliməhsulların təqdim olunması, həm də beynəlxalq bazarlara çıxışbaxımından xüsusi önəm daşıyır.

Mən bu prosesin davamlı xarakter almasını təqdirəlayiq hesabedirəm. Xatırladım ki, artıq dörd ay əvvəl yeni müqayisələrlaboratoriyasının alınması ilə bağlı müqavilələrin imzalanmasımərasimi keçirilmişdi və qısa müddətdə belə yüksək nəticələrin əldəolunması prosesin inklüzivliyini nümayiş etdirir", - deyə o əlavəedib.

Chosen
78
az.trend.az

1Sources