BAKI, 10 sentyabr. TELEQRAF
Sentyabrın 1-nə Naxçıvan MR üzrə uçotda olan 52 865 vergi ödəyicisinin 94.7 faizi fiziki şəxslər, 5,3 faizi hüquqi şəxslər və digər təşkilatlar olub.
Dövlət Vergi Xidmətindən Teleqraf-a verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 7,7 faiz artıb.
O cümlədən fiziki şəxslərin sayı 9,2 faiz, hüquqi şəxslərin sayı isə 6,2 faiz artıb. Qeydiyyatda olan kommersiya qurumlarının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,6 faiz artıb.
Cari ilin yanvar-avqust aylarında kommersiya qurumlarının 86,5 faizi elektron, 13,5 faizi kağız daşıyıcısı əsasında qeydiyyata alınıb.