EN

İsrail müdafiə naziri Dohaya hücum barədə: Uzun qollarımız hər yerə çatır

BAKI, 10 sentyabr. TELEQRAF

“İsrail hər yerdə düşmənlərinə qarşı hərəkətə keçəcək və HƏMAS-ın ölkəmizə hücumunda iştirak edən hər kəs cavab verəcək”.

Teleqraf xəbər verir ki, bunu İsrail müdafiə naziri İsrael Kats Qətərin paytaxtı Dohada HƏMAS liderlərinə qarşı keçirilən əməliyyatdan danışarkən deyib.

“İsrailin təhlükəsizlik siyasəti bəllidir: İsrailin uzun qolu hər yerdə düşmənlərinə qarşı hərəkətə keçəcək. Onların gizlənəcəkləri yer yoxdur. 7 oktyabr qətliamına (2023-cü ildə HƏMAS-ın İsrailə hücumunda – red.) şərik olan hər kəs tam məsuliyyətə cəlb olunacaq”, - müdafiə naziri bildirib.

Qəzza şəhərində hərbi əməliyyatların gedişindən danışan Kats vurğulayıb:

“HƏMAS qatilləri və təcavüzkarları İsrailin müharibəni dayandırmaq üçün şərtlərini, o cümlədən bütün girovların azad edilməsi və silahlarının tərksilah edilməsini qəbul etməsələr, onlar və Qəzza məhv ediləcək”.

Chosen
4
teleqraf.com

1Sources