EN

Kallas: "Rusiya bunu qəsdən edib"

Hurriyyet.az xəbər verir ki, Avropa İttifaqının diplomatik xidmətinin rəhbəri Kaya Kallas Rusiya dronlarının Polşanın hava məkanına daxil olmasının təsadüf olmadığını söyləyib.

Kallas X şəbəkəsində yazıb: "Ötən gecə Polşada, müharibə başlanandan bəri Rusiya tərəfindən Avropada ən ciddi hava məkanı pozuntusu baş verib. Bunun təsadüfən yox, qəsdən baş verdiyinin əlamətləri var".

Kallas bununla əlaqədar NATO-nun Baş katibi Mark Rutte və Polşa XİN rəhbəri Radoslav Sikorski ilə əlaqə saxladığını qeyd edib. Kallas yazıb: "Avropa Polşa ilə tamamilə həmrəydir".

Hürr Tərcüman

 

Chosen
82
1
hurriyyet.az

2Sources