Tsitlidzenin sözlərinə görə, hakim partiya ölkədə guya seçkilər keçirilirmiş kimi "rus xüsusi əməliyyatı"nı pərdələməyə çalışır:
"Reallıqda isə ölkədə seçkilər ləğv olunub. Oktyabrda keçirəcəkləri proses rus xüsusi əməliyyatıdır. Gürcü Arzusu formal olaraq ATƏT/DTİHB-ə müraciət etdi, amma cavabın bu cür olacağı əvvəlcədən bəlli idi".
O qeyd edib ki, əgər hakimiyyət doğrudan da beynəlxalq müşahidə missiyasının iştirakını istəyirdisə, yaxşı bilirdi ki, dəvət hansı müddətdə göndərilməlidir və hansı hazırlıq işləri görülməlidir.
Tsitlidze həmçinin xatırladıb ki, ATƏT/DTİHB missiyası dəfələrlə Gürcüstanda seçkiləri izləyib və sonuncu dəfə də burada olub. Onun fikrincə, məhz müşahidəçilərin iştirakı "Gürcü Arzusu" üçün böyük problem yaradır, çünki bu dəfə də söhbət azad seçkilərdən deyil, saxtakarlıq, rüşvət, təzyiq və seçici vəsiqələrinin müsadirəsi ilə müşayiət olunan "rus xüsusi əməliyyatı"ndan gedir.