EN

Həmin valideynlər 100 avroya qədər cərimə olunacaq

İspaniyada azlıq sol koalisiya hökuməti siqaret istifadəsini məhdudlaşdırmaq məqsədilə hazırladığı yeni qanun layihəsi çərçivəsində valideynlərə, uşaqlarını bu vərdişdən çəkindirmədikləri təqdirdə 100 avroya qədər cərimə tətbiq etməyi planlaşdırır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, Nazirlər Kabinetində təsdiqlənən və müzakirə üçün parlamentə göndərilən "tütün qanun layihəsi" təkcə yetkinlik yaşına çatmayanların siqaret çəkməsini qadağan etmir, eyni zamanda teraslarda siqaret çəkməyi və elektron siqaret istifadəsini də məhdudlaşdırır.

Layihəyə görə, İspaniyada ilk dəfə olaraq yetkinlik yaşına çatmayanların siqaret istifadəsi qadağan edilir və onların siqaret çəkməsinin qarşısını almayan valideynlərə 100 avroya qədər cərimə tətbiq olunacaq.

Avropa İttifaqının digər ölkələrində olduğu kimi İspaniyada da 18 yaşdan aşağı şəxslərə siqaret satışı artıq qadağandır. 

Lakin indiyə qədər uşaqların siqaret çəkməsi ilə bağlı konkret hüquqi tənzimləmə mövcud deyildi.

Chosen
38
1
operativmm.az

3Sources