AZ

Uşaqları siqaret çəkən valideynlərə CƏRİMƏ

İspaniyada solçu azlıq koalisiya hökuməti siqaret istifadəsini məhdudlaşdıran yeni qanun layihəsi çərçivəsində uşaqları siqaret çəkən valideynlərə 100 avroya qədər cərimə tətbiq etməyi planlaşdırır. 

"Cebheinfo.az" xəbər verir ki, Nazirlər Kabinetində qəbul edilən və müzakirə olunmaq üçün parlamentə göndərilən “tütün qanun layihəsi” teraslarda siqaret çəkilməsini və yetkinlik yaşına çatmayanların siqaret istifadəsini qadağan etməklə yanaşı, elektron siqaret istifadəsini də məhdudlaşdırır. Layihədə İspaniyada ilk dəfə olaraq yetkinlik yaşına çatmayanlara siqaret istifadəsi qadağan edilir və uşaqlarının siqaret çəkməsinin qarşısını ala bilməyən valideynlərə 100 avroya qədər cərimə nəzərdə tutulur. 

Avropa Birliyinin bütün ölkələrində olduğu kimi, İspaniyada da 18 yaşdan aşağı şəxslərə siqaret satışı hazırda qadağandır. Lakin indiyədək uşaqların siqaret istifadəsinə qarşı hər hansı hüquqi tənzimləmə mövcud deyildi. 

Seçilən
21
1
cebheinfo.az

3Mənbələr