EN

Cəlil Xəlilov şəhid Abakar Hacıyevin ailəsini ziyarət edib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov 8 sentyabr 2025-ci il tarixində Zaqatala rayonunda Vətən müharibəsi şəhidi Hacıyev Abakar Məhəmməd oğlunun ailəsini ziyarət edib. 

“İki sahil” xəbər verir ki, təşkilatdan verilən məlumata görə, şəhidin ailə üzvləri ilə görüşən təşkilat sədri 8 Noyabr zəfərinin əldə edilməsində şəhidlərimizin tarixi rolundan danışıb, bu qələbəyə məhz onların fədakarlığı nəticəsində nail olunduğunu vurğulayıb.

Polkovnik Cəlil Xəlilov qeyd edib ki, şəhidlərimizin Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlar illər, əsrlər sonra da təbliğ edilməli, bu qəhrəmanlıq gələcək nəsillərə örnək olmalıdır.

Şəhidlərin xalqımızın mənəvi sərvəti olduğunu söyləyən polkovnik dövlət başçısının şəhidlərə, onların ailə üzvlərinə olan münasibətinin hər kəs üçün örnək olduğunu bildirib.

Gəlişinə görə Təşkilat sədrinə təşəkkürünü bildirən şəhidin ailə üzvləri Prezident İlham Əliyevin şəhid ailələrinə göstərdiyi sonsuz qayğı və diqqətdən danışıb, buna görə dövət başçısına təşəkkür ediblər.

Chosen
25
3
ikisahil.az

4Sources