AZ

Zaqatalada şəhid Abakar Hacıyevin ailəsi ziyarət edilib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Zaqatalada Vətən müharibəsi şəhidi Abakar Məhəmməd oğlu Hacıyevin ailəsini ziyarət edib.

AZƏRTAC xəbər verir ki, şəhidin ailə üzvləri ilə görüş zamanı 8 Noyabr Zəfərinin əldə edilməsində şəhidlərin tarixi rolundan, onların nümayiş etdirdiyi qəhrəmanlıq və fədakarlıqdan bəhs olunub.

Polkovnik qeyd edib ki, şəhidlərimizin Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlar illər, əsrlər sonra da daim təbliğ edilməli, onların vətənpərvərlik və igidliyi gələcək nəsillərə örnək olmalıdır. O, Vətən müharibəsində şəhid olanlara, onların ailə üzvlərinə olan münasibətinin hər kəs üçün örnək olduğunu bildirib.

Şəhidin ailə üzvləri Prezident İlham Əliyevin şəhid ailələrinə göstərdiyi sonsuz qayğı və diqqətdən danışıb və dövlət başçısına təşəkkür ediblər.

Seçilən
27
3
yeniazerbaycan.com

4Mənbələr