EN

Rəşad Eyyubov Santuşa təşəkkür etdi

ain.az bildirir, sport24.az saytına əsaslanaraq.

"Çox çətin 10 gün oldu". Sport24.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin məşqçisi Rəşad Eyyubov sosial şəbəkə hesabında yazıb.Mütəxəssis yığmanın Bakıda Ukrayna ilə heç-heçə etdiyi (1:1) DÇ-2026-nın seçmə mərhələ oyunu ilə bağlı da fikirlərini bölüşüb: "İlk növbədə Fernandu Santuşa böyük təşəkkürümü bildirmək istəyirəm. Bu müddətdə mənə göstərdiyi dəstək və Avropa çempionundan aldığım təcrübə ölçülməzdir. Təəssüf ki, uğurun hazır resepti yoxdur. Futbolçularımıza da təşəkkür etmək istəyirəm. Onların göstərdiyi xarakteri xüsusilə qeyd etməliyəm. Bütün tənqidlərə və təzyiqə baxmayaraq, futbolçular güc taparaq vəziyyəti dəyişə bildilər".Eyyubov kapitan Emin Mahmudovun milli komandanın tarixinin bombardiri olmasına da toxunub: "Dostuma, kapitanımıza da bu rekorda görə təbriklərimi çatdırıram. Sən, buna layiq idin, amma biz artıq 16-cı qolu gözləyirik. Eyni zamanda Ayxan Abbasova da uğurlar arzulayıram. Cəmi iki gün ərzində çox işlər görə bildi".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
28
sport24.az

1Sources