EN

Mərkəzi Bank "SF Azerbaijan"ın vəzifəli şəxsini cərimələdi

BAKI, 10 sentyabr. TELEQRAF

Mərkəzi Bank "SF Azerbaijan" Bank olmayan kredit təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxsinə 1 500 manat maliyyə sanksiyası tətbiq edib.

Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayıb.

Belə ki, tənzimləyici tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsinin, “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərinin pozulması səbəbi ilə İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq, "SF Azerbaijan" Bank olmayan kredit təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxsi 1 500 (bir min beş yüz) manat məbləğində cərimə edilib.

Chosen
17
13
teleqraf.com

10Sources