Mərkəzi Bank "SF Azerbaijan" BOKT MMC-nin vəzifəli şəxsinin inzibati məsuliyyətə cəlb olunması barədə məlumat yayıb.
Marja xəbər verir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsinin, “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərinin pozulması səbəbi ilə İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq, "SF Azerbaijan" Bank olmayan kredit təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxsi 1 500 manat məbləğində cərimə edilib.
Qeyd edək ki, "Manato" və "Pulum" kredit platformaları "SF Azerbaijan" Bank Olmayan Kredit Təşkilatına məxsusdur. "Manato" 500 manatadək, "Pulum" isə 3000 manata qədər kredit təklif edir.