Azərbaycan Mərkəzi Bankı (AMB) "SF Azerbaijan" MMC bank olmayan kredit təşkilatının (BOKT) vəzifəli şəxsinin inzibati məsuliyyətə cəlb edib.
News365.az bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, aparılan cari nəzarət prosesləri çərçivəsində "Bank olmayan kredit təşkilatları haqqında" qanununun 22.1-ci maddəsinin, "Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası"nın 3.3-cü bəndinin tələblərinin pozulması halları aşkarlanıb. Nəticədə İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq, "SF Azerbaijan"nın vəzifəli şəxsi 1 500 manat məbləğində cərimə edilib.