EN

ABŞ Dövlət Departamentinin baş rəsmisi Anlaşma Memorandumundan irəli gələn məsələlər müzakirə edildi

Bakı. Trend:

Bu gün xarici işlər naziri Ceyhun Bayramov ABŞ DövlətDepartamentinin Avropa və Avrasiya məsələləri üzrə Bürosunun başrəsmisi Brendan Hanrahanı qəbul edib.

XİN-dən Trend-əbildirilib ki, görüş zamanı Azərbaycan-ABŞ münasibətləri, StratejiTərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçiQrupunun yaradılması haqqında Anlaşma Memorandumundan irəli gələnməsələlər, Azərbaycan-Ermənistan normallaşma prosesi, habeləqarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlikməsələləri müzakirə olunub.

Azərbaycan-ABŞ münasibətlərinin tarixi, bir sıra, o cümlədəntəhlükəsizlik, enerji sahələri üzrə qarşılıqlı faydalı əməkdaşlıqətrafında fikir mübadiləsinin aparıldığı görüşdə, xüsusilə cariilin avqust ayında baş tutan ali səviyyəli səfər və təmaslarınmünasibətlərin inkişafında əhəmiyyətli yer tutduğu qeyd edilib.

Tarixi Vaşinqton görüşü nəticəsində ölkəmizin təşəbbüskarıolduğu Azərbaycan-Ermənistan sülh gündəliyinin irəlilədilməsiistiqamətində əldə olunan tarixi razılıqların, o cümlədən sülhmüqaviləsinin paraflanması və keçmiş münaqişənin qalıqları olanstrukturların ləğvi üzrə atılan addımların vacibliyivurğulanıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərətrafında fikir mübadiləsi aparılıb.

Chosen
13
31
az.trend.az

10Sources