EN

Vens: “Rusiya Ukraynadan 6 min kv.km ərazi tələb edir”

ain.az bildirir, Bizim media saytına əsaslanaraq.

Moskva danışıqlarda hələ hərbi qüvvə ilə ələ keçirmədiyi təxminən 6 000 kvadrat kilometr ərazinin Ukraynadan verilməsini tələb edir. Bizim.Media xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Cey Di Vens deyib.

 

Ehtimal olunur ki, söhbət Donetsk vilayətinin şimal-qərbindən gedir, burada Ukrayna Silahlı Qüvvələrinin nəzarətində olan ərazi 7 min kvadrat kilometrdən azdır.

Vens bildirib ki, danışıqlar iki məsələyə – ərazi və təhlükəsizlik zəmanətlərinə – qədər daralıb:“Rusiya bu əraziləri istəyir, Ukrayna isə razılaşma halında Moskvanın bir neçə ay və ya il sonra yeni tələblərlə qayıtmayacağına zəmanət tələb edir”.Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
71
1
bizim.media

2Sources