EN

Silk Way West Airlines ISO 14001 ətraf mühit sertifikatı ilə təltif edilib

Bakı. Trend:

Silk Way West Airlines şirkəti Britaniya Standartlar İnstitutu(BSI) tərəfindən ISO 14001 Ətraf Mühitin İdarəetmə Sistemi (EMS)sertifikatına layiq görülüb. Bu, aviaşirkətin ətraf mühitinqorunması məsuliyyəti istiqamətində atdığı əhəmiyyətli addımlarıngöstəricisidir.

Beynəlxalq səviyyədə tanınan sertifikat, aviaşirkətintəkmilləşdirilmiş resurs səmərəliliyi, çirklənməyə nəzarət və iqliməhəmiyyətli əməliyyatlar vasitəsilə ətraf mühitə təsirini azaltmaqöhdəliyini təsdiq edir.

“Bu nailiyyət bizim işgüzar nüfuzumuzu artırır vəmüştərilərimiz, tərəfdaşlarımız və tənzimləyicilərimizlə güclü,etimada əsaslanan əlaqələr qurmaq öhdəliyimizi əks etdirir”, - deyəSilk Way West Airlines şirkətinin prezidenti Volfqanq Mayer qeydedib.

ISO 14001 standartlarının icrası Silk Way West Airlinesşirkətinin tənzimləyici standartlara cavab vermək, əməliyyatsəmərəliliyini artırmaq və daxili dayanıqlılıq mədəniyyətini tətbiqetmək qabiliyyətini gücləndirir.

Əldə edilmiş nailiyyət əsasında daxili dayanıqlılıqproqramlarını tətbiq etmək, əməkdaşları təlimlərə cəlb etmək və ISO50001 enerjinin idarə edilməsi sertifikatı kimi əlavə sertifikatlarqazanmaqla, həmçinin GRI kimi qlobal hesabat platformalarındaiştirak etməklə aviaşirkət özünün ekoloji strategiyasını inkişafetdirməyi planlaşdırır.

Əsası 2012-ci ildə İpək Yolunun qəlbi olan Bakıda qoyulmuşSilk Way West Airlines, Heydər Əliyev Beynəlxalq Hava Limanındayerləşən Boeing 777F, 747-8F və 747-400F təyyarələrindən ibarətdonanması ilə hər ay dünyanın müxtəlif istiqamətlərinə yüzlərləuçuş həyata keçirir. Dayanıqlılıq və səmərəliliyə sadiq olan SilkWay West Airlines qlobal logistika tələblərinə daha yaxşı cavabvermək məqsədilə 2030-cu ilədək donanmasını ən müasir Boeing 777F,Boeing 777-8F və Airbus A350F təyyarələri ilə yeniləməyiplanlaşdırır. Aviaşirkət illik 500 min tondan artıq yük dövriyyəsiilə Avropa, MDB, Yaxın Şərq, Asiya və Amerikada 40-dan çoxistiqamətə yükdaşıma xidmətləri göstərir.

Chosen
24
6
az.trend.az

7Sources