Maraqlıdı, İlkin Qırtımovla anlaşmaq, legionerlər gətirmək klubun maliyyə durumunun düzəldiyi anlamına gəlirmi? Həmçinin müqavilələr 6 aylıq bağlanılır. Niyə məhz 6 ay? Suallarımızı baş məşqçi cavabladı:
“Bunlar daha çox rəhbərliyə ünvanlanası suallardı. Bu gün klubun maliyyə durumunun hansı yerdə olduğunu deyə bilmərəm. Sağ olsun İlkin Qırtımov, əvvəl danışdığımızdan daha az məbləğə bizim üçün, Zaqatala futbolu üçün razılaşdı. Ən azı qışa qədər bizdədi. Maliyyə durumumuz tam düzəlməsə də, irəliləyiş var. Amin Ramazanov da artıq bu gün bizə qoşuldu. İki legioner futbolçu ilə də danışıq aparırıq. 6 aylıq müqavilə bağlamağımızın səbəbi odu ki, ola bilər maliyyə vəziyyətimiz düzəlsin, qışda daha 6 aylıq müqavilə imzalayarıq”.
MÜZƏFFƏR QULUZADƏ