EN

Bu gündən Hava Limanında "Bolt" və "Uber"lə bağlı yeni qaydaların tətbiqinə başlanılıb

Xəbər verdiyimiz kimi, bir neçə gündür sosial şəbəkələrdə Hava Limanından şəhərin müxtəlif istiqamətlərinə "Bolt" və "Uber"lə sifarişlərin məhdudlaşacağı barədə məlumatlar yayılıb. 

Mövzu ilə bağlı Heydər Əliyev Beynəlxalq Hava limanından Operativ Media-nın sorğusuna cavab olaraq bildirilmişdi ki, hazırda Aeroport ərazisində sərnişinlərin rahatlığını və xidmət səviyyəsini daha da yüksəltmək məqsədilə taksi xidmətlərinin təkmilləşdirilməsi istiqamətində işlər aparılır. Lakin hər hansı məhdudiyyətlər tətbiq edilməyib. 

Bir gün sonra isə qurum məsələ ilə bağlı geniş açıqlama yayıb, xoşagəlməz halların qarşısını almaq məqsədilə hava limanında fəaliyyət göstərən taksi operatorlarının vahid, keyfiyyətli və tənzimlənmiş xidmət standartlarına uyğun xidmət təqdim etməsi zəruridir.

Operativ Media xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumatlar özünü doğruldub. Belə ki, bu gün artıq "Bolt" şirkəti öz sürücülərinə xəbərdarlıq mesajı göndərib. Həmin mesajda isə bildirilir ki, bu gündən etibarən (10 sentyabr) Hava Limanında "Bolt" taksiləri üçün məhdudiyyətlər tətbiq edilə bilər. Lakin şəhərin müxtəlif istiqamətindən Hava Limanına taksi sifariş verməkdə hər hansı problem yoxdur. 

 

Chosen
72
operativmedia.az

1Sources