EN

Makronun müdafiə nazirini baş nazir postuna gətirməsi də müxalifəti sakitləşdirmədi - onun özü istefa verməlidir...


Fransada hökumət böhranından sonra prezident Makron müdafiə naziri Sebastian Lekornunu yeni baş nazir təyin edib.

Yelisey Sarayından verilən açıqlamada Lekornunun baş nazir təyin olunduğu və yaxın günlərdə yeni kabineti formalaşdıracağı bildirilib. Makronun yeni baş nazirə büdcə və qarşıdakı aylarda qəbul ediləcək qərarlar barədə lazımi konsensusa nail olmaq üçün parlamentdəki partiyalarla görüşməyi tapşırıb.

Xatırladaq ki, Bayrun hökuməti parlamentin etimad səsverməsində 194 lehinə, 364 əleyhinə səslə istefaya getməli olub. Bayrunun istefasından sonra Makron ölkənin siyasi qeyri-sabitliyə sürüklənməsinin qarşısını almaq üçün dərhal Lekornunu baş nazir təyin edib.

Bayrun hökumətinin dağılmasından sonra Makronun müdafiə naziri Sebastian Lekornunu baş nazir təyin etməsi müxalifətdə sərt təpkisi ilə qarşılanıb. Solçu ittifaq, Yeni Xalq Cəbhəsi Yeliseyi sərt tənqid edərək bildiriblər ki, "yeni baş nazir seçkilərin qalibi kimi bizim sıralarımızdan olmalı idi". Müxalif liderlər yenə də Makronu istefaya çağırıb. Onların fikrincə, Makronun özü istefaya getməlidir.

TAHİR

Chosen
29
baki-xeber.com

1Sources