Bakivaxti portalından verilən məlumata əsasən, ain.az bildirir.
Breket çıxarıldıqdan sonra dişlər əyilə bilər.
Bakıvaxtı.az xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyinin Azərbaycan Tibb Universiteti Tədris Stomatoloji Klinikasının həkim-stomatoloqu Güney Həsənova bildirib.
Həkimin sözlərinə görə, breketdən sonra retensiyon dövrü başlayır və bu zaman dişlərin əvvəlki vəziyyətinə qayıtmasının qarşısını almaq üçün tədbirlər görülür.
"Həkim müəyyən kappalar və digər vasitələr təyin edir. Xəstə onlardan düzgün istifadə edərsə, dişlərin yenidən əyilməsi baş verməyəcək", – deyə o əlavə edib.
Mina Mikayılova
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.