EN

Peskov xarici qoşunların Ukraynaya göndərilməsinin ağır nəticələri barədə xəbərdarlıq edib

“Avropa ölkələri Ukraynaya qoşun yeritməyin dəhşətli nəticələrini anlamırlar”.

Missiya.Az “TASS”a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov deyib.

"Elə ölkələr var ki, öz mövqelərində kifayət qədər quduzdurlar və bu cür ehtiyatsız hərəkətlərin dəhşətli nəticələrini ya başa düşmürlər, ya da anlamaq istəmirlər. Elə ölkələr var ki, reallığı daha yaxşı başa düşürlər", - deyə siyasətçi vurğulayıb.

Onun sözlərinə görə, Kreml Avropa ölkələrinin Ukraynaya qoşun yeritmək imkanları ilə bağlı mövqeyində hər hansı dəyişiklikdən xəbərsizdir.

 

Daşqın HəsənovMissiya.Az

Chosen
91
2
missiya.az

3Sources