EN

Bəzi genetik faktorlar uşaqlarda dişlərin çıxmasının gecikməsinə səbəb ola bilər -Stomatoloq

Bəzi genetik xəstəliklər, məsələn osteopetroz, uzunmüddətli dərman istifadəsi və ən əsası isə genetik faktorlar (irsi səbəblər) uşaqlarda dişlərin çıxmasının gecikməsinə səbəb ola bilər. 

“İki sahil” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssisi, Azərbaycan Tibb Universitetinin həkim-stomatoloqu Güney Həsənova izah edib.

O qeyd edib ki, valideynlərdən birinin dişləri gec çıxıbsa, uşaqda da bu halın olması normaldır:

"Uşaqlarda dişlərin gec çıxmasının səbəblərindən biri də hormon pozğunluqları, xüsusilə hipotiroidizm ola bilər. Bəzən dişin çənə sümüyünə yapışması və hərəkətsiz qalması (ankiloz) müşahidə olunur. Bu diş artıq çıxmır, yerində qalır və "batmış" kimi görünür. Ən çox çənənin süd azı dişlərində rast gəlinir. Əgər ankilozlu diş süd dişidirsə, o, dərhal çəkilməlidir".

Mütəxəssis valideynlərə ən təhlükəsiz və dəqiq yol kimi vaxtaşırı panoramik rentgen çəkdirməyi məsləhət görüb:

"Bu, bütün daimi dişlərin vəziyyətini izləməyə və problemə vaxtında müdaxilə etməyə imkan verir".

Chosen
5
7
ikisahil.az

8Sources