AZ

Uşaqlarda dişlərin gec çıxmasının əsas səbəbləri açıqlandı

Bakı. Trend:

Uşaqlarda dişlərin gec çıxmasının bir neçə səbəbi ola bilər.Bəzi hallarda daimi dişlər artıq hazırdır, ancaq süd dişlərininkökləri hələ sorulmadığı üçün çıxa bilmir və damağın dərinliyində‘gizlənir’.

Trendxəbər verir ki, bunu Səhiyyə Nazirliyinin “İnstagram” hesabındacanlı yayımda Azərbaycan Tibb Universitetinin həkim-stomatoloquGüney Həsənova izah edib.

Onun sözlərinə görə, buna səbəb hormon pozğunluqları, xüsusiləhipotiroidizm səbəb ola bilər:

“Bəzi genetik xəstəliklər, məsələn osteopetroz, uzunmüddətlidərman istifadəsi və ən əsası isə genetik faktorlar (irsi səbəblər)dişlərin çıxmasının gecikməsinə səbəb ola bilər. Valideynlərdənbirinin dişləri gec çıxıbsa, uşaqda da bu halın olmasınormaldır”.
Stomatoloq bildirib ki, bəzən dişin çənə sümüyünə yapışması vəhərəkətsiz qalması (ankiloz) müşahidə olunur.

“Bu diş artıq çıxmır, yerində qalır və “batmış” kimi görünür. Ənçox çənənin süd azı dişlərində rast gəlinir. Əgər ankilozlu diş süddişidirsə, o, dərhal çəkilməlidir”, - deyə G.Həsənova xəbərdarlıqedib.

Mütəxəssis valideynlərə ən təhlükəsiz və dəqiq yol kimivaxtaşırı panoramik rentgen çəkdirməyi məsləhət görüb: “Bu, bütündaimi dişlərin vəziyyətini izləməyə və problemə vaxtında müdaxiləetməyə imkan verir”.

Məqalədə:
Seçilən
3
7
az.trend.az

8Mənbələr