EN

Əmrah Həsənli: “7 min uşaq incəsənət məktəblərində ödənişsiz təhsil alacaq”

Son günlər incəsənət məktəblərinə qəbul prosesi ilə bağlı sosial şəbəkələrdə müxtəlif müzakirələr və fərqli yanaşmalar səsləndirilir.

Təhsil eksperti, Təhsil İşçilərinin Həmrəyliyi Alyansının sədri Əmrah Həsənli QHT.az-a açıqlamasında məsələyə aydınlıq gətirərək bildirib ki, ictimaiyyətin diqqəti bəzi mühüm faktlardan yayınır:

“Əvvəla qeyd etməliyəm ki, bu il 7 min uşaq incəsənət məktəblərində tamamilə ödənişsiz təhsil almaq imkanı qazanıb. Bu, çox ciddi rəqəmdir və Azərbaycanın mədəniyyətə verdiyi dəyərin göstəricisidir. Dünyanın çox az ölkəsində belə bir imkan mövcuddur. Azərbaycan isə o nadir ölkələrdəndir ki, həm ödənişsiz, həm də ödənişli incəsənət təhsili paralel şəkildə təşkil olunur. Təəssüf ki, bəzi şəxslər yalnız ödənişli yerləri qabardır, ödənişsiz yerlərin mövcudluğunu isə tamamilə gözardı edirlər.”

Ardı var...

 

Pərvanə Fərhadqızı

Chosen
167
qht.az

1Sources