EN

Azərbaycan və Vyetnam şahmat komandaları arasında onlayn yoldaşlıq görüşü keçirildi

BAKI, 10 sentyabr. TELEQRAF

9 sentyabr tarixində Azərbaycan və Vyetnam komandaları arasında onlayn yoldaşlıq görüşü keçirilib. 8, 10 və 12 yaş kateqoriyasında yığma üzvlərinin iştirak etdiyi yarış komandamızın 7 : 5 hesablı qələbəsiylə başa çatıb.

Azərbaycan komandasının heyətində Nazlı Rüstəmli, Mehriban Əhmədli, Fatimə Mirzəliyeva, Kənan Babasoy,Atilla Orman və Nurlan Əzizli iştirak edib.

Qeyd edək ki, yoldaşlıq görüşü Qazaxıstanda keçiriləcək Avropa çempionatına hazırlıq məqsədi daşıyıb.

Chosen
77
5
teleqraf.com

10Sources