Şəmkirdə bədbəxt hadisə baş verib.
Redaktor.az APA-ya istinadən xəbər verir ki, rayon ərazisində orta yaşlı kişi su arxına yıxılıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir.
Əraziyə polis əməkdaşları cəlb edilib.