Şəmkirdə bədbəxt hadisə baş verib. 1news.az-ın APA-ya istinadən məlumatına görə, rayon ərazisində orta yaşlı kişi su arxına yıxılıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb. Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir. Əraziyə polis əməkdaşları cəlb edilib.